İran İsveç və Belçikaya nota verib

İran İsveç və Belçikaya nota verib
# 23 sentyabr 2022 19:46 (UTC +04:00)

İran İsveç və Belçikaya etiraz notası verib.

APA-nın Tehran bürosunun məlumatına görə, ötən gün İranın Stokholmdakı səfirliyinə hücumdan sonra İsveçin Tehrandakı müvəqqəti işlər vəkili bu gün İran xarici işlər nazirliyinə çağırılıb.

Ona səfirliyə edilən hücumla bağlı sərt etiraz notası təqdim olunub.

Həmçinin, İranın Brüsseldəki səfirliyinə analoji hücumdan sonra bu ölkənin sərt etirazı Belçika Xarici İşlər Nazirliyinə elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR