İran Kanadadan 10 milyon dollar təzminat tələb edib

İran Kanadadan 10 milyon dollar təzminat tələb edib
# 26 may 2022 20:45 (UTC +04:00)

İran Kanadadan 10 milyon dollar təzminat tələb edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın idman nazirinin müavini Sina Kalhor Kanada Futbol Federasiyası tərəfindən İran-Kanada görüşünün birtərəfli qaydada ləğvinə münasibət bildirərkən deyib.

O bildirib ki, Kanada Federasiyası tərəfindən İran-Kanada görüşünün birtərəfli qaydada ləğvi bir daha göstərdi ki, qeyri-siyasi idman şüarı Qərb ölkələrinin maraqlarına pərdədir.

O öz tvitter hesabında qeyd edib ki, İran Furbol Federasiyası oyunun birtərəfli ləğvinə görə müqaviləyə əsasən 10 milyon dollar təzminat tələb edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR