İran Məhsa Əmininin ölüm səbəbini açıqlayıb - VİDEO

Məhsa Əmini

© APA | Məhsa Əmini

# 07 oktyabr 2022 15:17 (UTC +04:00)

İranda bir müddət öncə Əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra həyatını itirən Məhsa Əmininin ölüm səbəbi açıqlanıb.

APA-nın Tehran bürosu xəbər verir ki, tibbi ekspertizanın açıqlamasında bildirilib ki, Məhsa Əmininin ölümünə başdan və bədənin həyati orqanlarından vurulan zərbə səbəb olmayıb.

Məhkəmə-tibbi ekspertləri bildirib ki, Məhsa Əmini 8 yaşında beyin əməliyyatı keçirib və ağır dərmanlar qəbul edib: “Mərhumun uşaqlıqda keçirdiyi xəstəlik və qəbul etdiyi ağır dərmanlar səbəbindən polis idarəsində huşunu itirdikdən sonra yaranmış vəziyyətə uyğunlaşmaq üçün lazımi qabiliyyəti yox idi”.

Qeyd olunub ki, buna görə də ürək ritmi pozulub və qan təzyiqi aşağı enib. İlk kritik dəqiqələrdə səmərəsiz ürək-tənəffüs reanimasiyası nəticəsində beyni zədələnib: “Təcili tibbi yardım əməkdaşlarının həyata keçirdiyi reanimasiya əməliyyatından sonra ürəyin fəaliyyətinin bərpasına baxmayaraq, tənəffüs dəstəyi işləməyib, xəstəxanaya köçürülməsinə və Kəsra xəstəxanasının tibb işçilərinin səylərinə baxmayaraq, xəstə çoxsaylı orqan çatışmazlığından dünyasını dəyişib”.

Xatırladaq ki, Məhsa Əmininin ölümü İranda etirazlara və bəzi şəhərlərdə iğtişaşlara səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR