İran nüvə danışıqlarında ABŞ-ın xoşniyyətli olmasına inanmır

İran XİN

© APA | İran XİN

# 20 dekabr 2021 15:11 (UTC +04:00)

İranın Vyana müzakirələrinə baxışı xoşgörüşlüdür.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə keçirdiyi həftəlik mətbuat konfransında deyib.

O bildirib ki, bəzi qüvvələr, o cümlədən ABŞ İranın müzakirələrə baxışını dəyişməyə çalışır: "Lakin biz onların bu səylərinə fikir vermirik. Müzakirələrdə həmişə nəticəyə diqqət ayırırıq. Müzakirələri ciddi iradəylə və xoşgörüşlə davam etdiririk. Lakin qarşı tərəfin, xüsusilə də ABŞ-ın xoşniyyətli olmasına inanmırıq”.

S. Xətibzadə deyib ki, müzakirələrlə bağlı tələsik fikir bildirməkdən çəkinirlər.

S. Xətibzadə İran və Səudiyyə Ərəbistan arasında aparılan danışıqlar haqqında da danışıb. O qeyd edib ki, iki ölkənin danışıqlarında yeni dəyişiklik baş verməib: “Hələ də rəsmi Ər-Riyadın cavabını gözləyirik və müzakirələrin ciddi olması üçün qarşı tərəfin iradə ortaya qoymasını istəyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR