İran nüvə müzakirələrini davam etdirir

İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan

© APA | İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan

# 07 yanvar 2022 00:02 (UTC +04:00)

Vyanada müzakirələr təbii və yaxşı məcrada davam edir.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan “Tvitter" səhifəsində yazıb.
O bildirib ki, görüşdə xoş atmosfer yaranıb: "Qərb ölkələri də yaxşı nəticə əldə etmək üçün xoş niyyət göstərməli və ciddi iradə ortaya qoymaldır".
Diplomat ABŞ-ın sanksiyaları ləğv etmək üçün ciddi zəmanət verməsinin zərurətini vurğulayıb: "Sanksiyaların həqiqətən ləğv edilməsinin əməldə nümunəsi İran neftinin heç bir maneəsiz satışı və gəlirinin ölkəyə maneəsiz çatıdırılmasıdır. ABŞ tərəfindən ümidverici mövqe sərgilənib, lakin önəmli olan əməl emtəkdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR