İran orbitə peykini çıxaracaq

İran orbitə peykini çıxaracaq
# 24 iyul 2022 22:19 (UTC +04:00)

Bu il orbitə "Qaim" peyk daşıyıcısı ilə peyk çıxaracağıq.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə deyib.

O deyib ki, bu ilin sonunda "Qaim" peyk daşıyıcısı ilə orbitə yeni peyk buraxılacaq.

Bildirilib ki, ötən il İnqilab Keşikçiləri Aerokosmik Qüvvələri "Qased" peyk daşıyıcısından istifadə edərək Nur peykini 500 kilometrdə orbitdə uğurla yerləşdirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR