İran parlamentinin vitse-spikeri Azərbaycana gəlib - YENİLƏNİB

İran parlamentinin vitse-spikeri  Azərbaycana gəlib - YENİLƏNİB
# 16 may 2022 20:20 (UTC +04:00)

Mayın 16-da İran İslam Respublikası İslam Şurası Məclisi Sədrinin birinci müavini Əli Nikzadın başçılıq etdiyi parlament nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün ölkəmizə səfərə gəlib.

Milli Məclisdən APA-ya verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında İran parlament nümayəndə heyətini Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər qarşılayıblar.

***

11.20

İran parlamentinin vitse-spikeri Əli Nikzad Bakıya səfər edəcək.

APA-nın Tehran bürosu xəbər verir ki, Əli Nikzad İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT) üçüncü illik sessiyasında iştirak etmək üçün bu gün Azərbaycana gələcək.

Əli Nikzad bu gün ilk olaraq Naxçıvana, oradan isə Bakıya səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR