İran prezidenti Baydenə cavab verib

İbrahim Rəisi

© APA | İbrahim Rəisi

# 04 noyabr 2022 13:51 (UTC +04:00)

İran prezident İbrahim Rəisi Co Baydenə cavab verib.

APA İRNA-ya istinadən xəbər verir ki, Rəisi Baydenə İranın 43 il əvvəl azad olduğunu xatırladıb.

“ABŞ prezidenti Co Bayden İranı azad etməyə hazırlaşır, lakin İran artıq 43 il əvvəl azad olunub”, - İran prezidenti əlavə edib.

O qeyd edib ki, İran ABŞ-ın əsiri olmayacaq, ölkəsi ABŞ əsarətində qalmamağa qəti qərar verib və heç zaman ABŞ üçün “sağmal inək” olmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR