İran prezidenti: “Əfqanıstanın təhlükəsizliyi təmin olunmalıdır”

İbrahim Rəisi

© APA | İbrahim Rəisi

# 23 aprel 2022 16:26 (UTC +04:00)

“Əfqanıstanın təhlükəsizliyi təmin olunmalıdır”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidenti İbrahim Rəisi son günlər Əfqanıstanda məscid və məktəblərdə baş verən partlayışlara münasibət bildirərkən qeyd edib:

"Əfqanıstanda əhalinin, xüsusilə məktəb, məscid və dini mərkəzlərdə təhlükəsizlik tam təmin olunmalıdır. Bu ölkənin rəhbərliyindən istəyirik ki, müsəlman xalqın canını qorusun və hücum edənlərin qarşısını alsın”.

İbrahim Rəisi deyib ki, İran terror təhlükəsinə qarşı mübarizədə bütün imkanlarını səfərbər etməyə və Əfqanıstanla bu sahədə əməkdaşlığa hazırdır. İran həmçinin terror hücumlarında yaralanan şəxslərin müalicəsinə yardım etməyə hazırdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR