İran prezidenti Rusiyaya səfəri ərəfəsində Ali liderin müşaviri ilə məsləhətləşmələr aparıb

İbrahim Rəisi

© APA | İbrahim Rəisi

# 18 yanvar 2022 05:22 (UTC +04:00)

İran Prezidenti İbrahim Rəisi Rusiyaya səfəri ərəfəsində Ali lider Ayətullah Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ilə məsləhətləşib.

APA-nın məlumatına görə, bu barədə Ə.Ə.Vilayəti “Tasnim”ə bildirib.

Müşavirin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə İbrahim Rəisi arasında baş tutacaq danışıqlarda əsas həlledici rol oynayan nüvə sazişi məsələsi müzakirə ediləcək. O, əlavə edib ki, bu məsələ ilə bağlı mütləq məsləhətləşmələr aparılmalıdır.

Qeyd edə ki, Ötən ilin sonunda İran hökumətinin rəsmi nümayəndəsi Bahadari Cəhromi prezident Rəisinin Putinin dəvəti ilə 2022-ci ilin əvvəlində Rusiyaya səfər edəcəyini açıqlamışdı.

Dumanın birinci vitse-spikeri Aleksandr Jukov isə dünən İran prezidentinin yanvarın 20-də parlamentin aşağı palatasının iclasında çıxış edəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR