İran prezidenti valyuta məzənnəsinin ləğvi ilə bağlı qərarını açıqlayıb

İran prezidenti valyuta məzənnəsinin ləğvi ilə bağlı qərarını açıqlayıb
# 09 may 2022 23:30 (UTC +04:00)

İran prezidenti İbrahim Rəisi istehlak məhsullarının idxalı üçün dövlət tərəfindən müəyyən edilən valyuta məzənnəsinin ləğvi ilə bağlı qərarını açıqlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İ.Rəisi bu gün dövlət televiziyasıda çıxış edərək bu qərarı açıqlayıb.

O bildirib ki, dövlət tərəfindən məhsulların idxalı üçün müəyyən edilən daha ucuz valyuta məzənnəsi ləğv ediləcək əvəzində əhaliyə birbaşa dolanışığın yaxşılaşdırılması üçün yardım ediləcək.

O qeyd edib ki, dövlət tərəfindən müəyyən edilən valyuta məzənnəsi məhsulların baha satılmasına səbəb olurdu. Beləliklə də təyin edilmiş bu məzənnə İran iqtisadiyyatına ziyan vururdu.

"Əslində bu addım dövlət tərəfindən müəyyən edilən valyuta məzənnəsinin ləğv edilməsi deyil. Ola bilsin dövlətin bu addımı valyuta məzənnəsinin daha ədalətli paylanılmasına gətirib çıxaracaq.

O əhaliyə söz verib ki, çörək, benzin və dərmanların qiymətini artırmayacaq.

İ.Rəisi həmçinin vurğulayıb ki, hökumət əhalinin hamısını sığortalayacaq və əhalinin dərman əldə etməsini asanlaşdıracaq.

Qeyd edək ki, İranın sabiq prezidenti Həsən Ruhanin dövründə dolların qiymətinin kəskin artmasının ardınca dövlət zəruri istehlak məhsullarının idxalı üçün aşağı kursda (1 $ = 4200 tümən) valyuta məzənnəsi müəyyənləşdirmişdi. Qara bazarda bir dolların kursu 23000 tüməndən artıq olduğu halda dövlət idxal üçün şirkətlərə 4200 tümənlik valyuta verirdi.

Dövlətin müəyyənləşdirdiyi dollar kursu üzərindən alış-veriş edən şirkətlər aşağı qiymətə aldıqları məhsulları sərbəst məzənnə üzərindən bazara daxil edirdi və bu vəziyyət xalq tərəfindən narazılıqla qarşılanırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR