İran Prezidenti yol və şəhərsalma nazirinin istefasını qəbul edib

Rüstəm Qasemi

© APA | Rüstəm Qasemi

# 22 noyabr 2022 14:50 (UTC +04:00)

İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi istefa verib.

APA İSNA-ya istinadən xəbər verir ki, Prezident İbrahim Rəisi nazirin istefasını qəbul edib.

İranın yol və şəhərsalma naziri səlahiyyətlərini nazir müavini Şəhriyar Əfəndizadə icra edəcək.

Rüstəm Qaseminin səhhətindəki problemlərlə bağlı istefa verdiyi bildirilib.

Qeyd edək ki, Rüstəm Qasemi İran–Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR