İran prezidentinin Türkiyəyə səfəri gözlənilir

İran prezidentinin Türkiyəyə səfəri gözlənilir
# 04 yanvar 2023 00:02 (UTC +04:00)

İran prezidenti İbrahim Rəisi yaxın həftələrdə Türkiyəyə səfər edə bilər.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın NTV telekanalının efirində bildirib.

“Belə bir səfər hazır idi. Müəyyən səbəblərdən səfər təxirə salındı. Hazırda danışıqlar gedir, düşünürəm ki, səfər yaxın həftələrdə həyata keçiriləcək” - deyə Kalın müsahibəsində deyib.

O, səfərin konkret vaxtını açıqlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR