İran Rusiyadan taxıl idxal edəcək

İran Rusiyadan taxıl idxal edəcək
# 26 may 2022 19:40 (UTC +04:00)

"İran Rusiyadan taxıl idxal edəcək".

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran-Rusiya müştərək komissiyasının iranlı həmsədri, ölkənin neft naziri Cavad Oci deyib.

O bildirib ki, iki ölkə cari il ərzində Rusiyadan İrana 5 milyon ton taxıl idxal edilməsi haqqında razılığa gəlib.

Cavid Oci bildirib ki, İran və Rusiya arasında əldə olunan razılaşmaların əsas mövzularından biri milli valyutalardan istifadəni və ikitərəfli pul razılaşmalarını nəzərdə tutan pul və bank məsələləridir:

"Bu məsələləri həll etmək üçün iki ölkənin nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR