İran Səudiyyə Ərəbistanının iqtisadi paytaxtında konsulluğunu yenidən açıb

İran Səudiyyə Ərəbistanının iqtisadi paytaxtında konsulluğunu yenidən açıb
# 08 iyun 2023 07:01 (UTC +04:00)

Səudiyyə Ərəbistanındakı Baş Konsulluq İran tərəfindən iyunun 7-də ölkənin “iqtisadi paytaxtı” Ciddə şəhərində rəsmi olaraq açılıb.

APA-nın xəbərinə görə, bu barədə IRNA agentliyi məlumat yayıb.

İranın diplomatik missiyası hər iki ölkənin rəsmilərinin iştirakı ilə keçirilən mərasimdə yenidən açılıb.

İslam Respublikası həmçinin İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) nümayəndəliyinin işini bərpa edib.

İƏT Ciddədə yerləşir və təşkilatın 57 üzvü var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR