İran sünnilərinin lideri molla hakimiyyətini tənqid edib

İran sünnilərinin lideri molla hakimiyyətini tənqid edib
# 06 yanvar 2023 17:43 (UTC +04:00)

İran sünnilərinin nüfuzlu rəhbərlərindən olan Moləvi Əbdül-Həmid son çıxışında İslam Respublikası rəhbərlərinin fəaliyyətini bir daha tənqid edib.

APA-nın Tehran bürosu xəbər verir ki, o, heç kimin adını çəkmədən bildirib ki, rəhbərin çox geniş dünyagörüşü olmalıdır.

“O, çox güclü olmalıdır. Rəhbər məhdud fikirli olarsa, özü də, insanlar da bundan əziyyət çəkərlər”, - Moləvi Əbdül-Həmid deyib.

Moləvi Əbdül-Həmid kimi tanınan Əbdül-Həmid İsmayıl Zəhi bu gün etdiyi çıxışında Ukrayna təyyarəsinin SEPAH raketləri ilə qəsdən məhv edilməsi, həmçinin Sistan və Bəlucistan əyalətində etiraz aksiyası keçirən insanların öldürülməsi kimi məsələlərə toxunaraq, İslam Respublikasının səlahiyyətlilərindən üzr istəmələrini tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR