İran Suriya-Türkiyə danışıqlarından məmnunluq ifadə edib

İran Suriya-Türkiyə danışıqlarından məmnunluq ifadə edib
# 13 yanvar 2023 17:28 (UTC +04:00)

Suriya və Türkiyə arasında aparılan danışıqlardan məmnunuq.

APA-nın Tehran bürosu xəbər verir ki, bunu Livanda səfərdə olan İran XİN başçısı Hüseyn Əmir-Abdullahian deyib.

Suriya ilə Türkiyə arasında aparılan danışıqlar haqqında danışan nazir bildirib ki, tərəflər arasında problemlərin həlli üçün dialoq və danışıqlar yolunu alqışlayır.

“Biz hesab edirik ki, daha əsaslı siyasi həllə nail olmaq üçün “Astana Formatı” Suriyanın iştirakı ilə gücləndirilməlidir”, - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR