İran Tacikistanda PUA istehsal edəcək

İran Tacikistanda PUA istehsal edəcək
# 17 may 2022 16:40 (UTC +04:00)

İran Tacikistanda pilotsuz təyyarə istehsal edəcək.

APA-nın Tehran bürosu xəbər verir ki, İran istehsalı olan "Əbabil 2" pilotsuz təyyarənin istehsal müəssisəsinin Düşənbə şəhərində açılışında İran Silahlı Qüvvələrinin Baş qərargah rəisi Məhəmməd Baqiri və Tacikistanın müdafiə naziri, general-polkovnik Şirəli Mirzo iştirak edib.

"Əbabil 2" 100-150 kilometr məsafədə əməliyyat həyata keçirə bilir.

Pilotsuz təyyarə saatda 250 kilometr sürətlə, 75-120 dəqiqə davamlı uçuş həyata keçirə bilər. Pilotsuz təyyarə hərbi sursat daşıya bilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR