İran Təhlükəsizlik Şurasının katibi Moskvaya gedib

Əli Şamxani

© APA | Əli Şamxani

# 07 fevral 2023 12:26 (UTC +04:00)

İran Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Əfqanıstanla bağlı məsləhətləşmələr aparmaq üçün Moskvaya gedib.

APA xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Şamxani Rusiyada ikitərəfli əməkdaşlıq və iqtisadiyyat, ticarət və texnologiya sahəsində layihələr üzrə məsləhətləşmələr aparmaq üçün bir sıra rəsmi şəxslərlə görüş planlaşdırır.

Şəmxani Əfqanıstanda təhlükəsizliyin təmin edilməsi üçün beşinci regional görüş-dialoqda iştirak edəcək. İclasda Əfqanıstanla qonşu olan ölkələrin milli təhlükəsizlik təşkilatlarının katibləri, müşavirləri və nümayəndələri iştirak edəcək, siyasi və iqtisadi inkişaf, həmçinin Əfqanıstanda təhlükəsizlik məsələləri müzakirə ediləcək.

Görüş çərçivəsində ikitərəfli dialoqların da olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR