İran, Türkiyə və Rusiya birgə avtomobil istehsal edəcək

İran, Türkiyə və Rusiya birgə avtomobil istehsal edəcək
# 04 iyul 2022 22:20 (UTC +04:00)

İran, Türkiyə və Rusiya müştərk avtomobil istehsalı üçün konsorsium yaradacaq.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın avtomobil hissələri və motor sənayesi birliyinin sədri Məhəmmədrza Nəcəfiməniş deyib.

O bildirib ki, təklifi Türkiyənin avtomobil və onun hissələri sənayesi birliyi edib.

Bildirilib ki, 3 ölkənin avtomobil və hissələri istehsalçıları sahəsində geniş potensial var.

Türkiyə illik 12 milyard dollardan çox ehtiyat hissələri ixrac edir.

Rusiyanın isə xüsusilə ağır avtomobillər istehsalı sahəsində yüksək texnologiyaya sahib olması və İran zavodlarında avtomobil və onun hissələri üçün dizayn işinin mövcudluğu bu işə geniş imkan yaradır.

Qeyd edək ki, İranın illik avtomobil istehsal gücü bir neçə il əvvəl təxminən 1,5 milyon ədəd idisə, keçən il bu rəqəm 900 min ədəddən aşağı düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR