İran Ukraynaya silah göndərilməsini yanlış sayır

İran Ukraynaya silah göndərilməsini yanlış sayır
# 27 sentyabr 2022 13:39 (UTC +04:00)

Ukrayna və ya Rusiyaya silah göndərmək yanlışdır.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Ukraynaya pilotsuz təyyarələrin göndərilməsinə dair verilən sualın cavabında deyib.

H. Əmir-Abdullahian bildirib ki, rəsmi Tehran münaqişə tərəflərinin heç birini dəstəkləmir, Rusiya və ya Ukraynaya silah göndərilməsini yanlış hesab edir.

O, İranın Rusiya ilə hərbi müdafiə sazişinin olduğunu vurğulayıb.

“Lakin biz Ukrayna müharibəsində heç bir tərəfi dəstəkləmirik. Fələstində və Yəməndəki müharibənin əleyhinə olduğumuz kimi Ukraynadakı müharibənin də əleyhinəyik. Biz Ukraynada sülhün təmin olunması istiqamətində səylər göstəririk”, - XİN başçısı deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR