İran uranın zənginləşdirilməsi üçün yüzlərlə yeni sentrifuqanı işə salıb

İran uranın zənginləşdirilməsi üçün yüzlərlə yeni sentrifuqanı işə salıb
# 01 avqust 2022 22:35 (UTC +04:00)

Uranı zənginləşdirmək üçün yüzlərlə yeni sentrifuqaya qazın vurulmasına göstəriş verilib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Nüvə Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi deyib.

O bildirib ki, bu sentrifuqalar qabaqcıl (inkişaf etmiş) maşınlardır.

“Bu iş sanksiyaların ləğvi və İranın maraqlarının qorunması və uranın zənginləşməsinə nail olmaq üçün Strateji Fəaliyyət Qanununun icrası istiqamətində görülüb”,- deyə Kamalvəndi bildirib.
O deyib ki, bu sentrifuqaların işə salınması barədə artıq Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR