İran və Çin liderləri arasında telefon danışığı olub

İran və Çin liderləri arasında telefon danışığı olub
# 29 iyul 2022 20:32 (UTC +04:00)

Tehran və Pekin arasında strateji iqtisadi əməkdaşlığın inkişafı üçün mühüm anlaşmalar əldə olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, İran prezidenti İbrahim Rəisi Çin Xalq Respublikasının sədri Si Cinpinlə telefonla danışıb.

İran və Çin liderləri bir saatlıq telefon danışığında beynəlxalq və regional hadisələri müzakirə edib, ikitərəfli əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayıblar.

İran prezidenti ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətin vacibliyini qeyd edib.

Rəisi Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS qrupu kimi regional razılaşmalar kontekstində çoxtərəfli iqtisadi əməkdaşlığın inkişafını alqışlayıb.

Si Cinpin də İran və Çinin beynəlxalq arenada əməkdaşlığını, iki ölkənin bir-birinə qarşılıqlı dəstəyini yüksək qiymətləndirib.

Çin prezidenti Çin-İran əlaqələrinin strateji əhəmiyyətidən, ticarət, iqtisadi, infrastruktur və enerji sahələrində qarşılıqlı əməkdaşlığı gücləndirmək səylərindən danışıb.

Çin lideri qeyd edib ki, iki ölkə arasında 25 illik hərtərəfli əməkdaşlıq sazişi bu istiqamətdə böyük addımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR