İran və Səudiyyə Ərəbistanı XİN başçıları Bağdadda görüşəcək

İran və Səudiyyə Ərəbistanı XİN başçıları Bağdadda görüşəcək
# 17 may 2022 17:08 (UTC +04:00)

İran və Səudiyyə Ərəbistan xarici işlər nazirlərinin Bağdadda görüşü keçiriləcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvi Cavad Kərimi Quddusi deyib.

O deyib ki, Tehran və Ər-Riyad arasında yaxın vaxtlarda iki ölkənin XİN başçılarının Bağdadda görüş keçirməsi haqqında razılıq əldə olunub. Onun sözlərinə görə, görüşdə ikitərəfli əlaqələrin inkişafı, səfirliklərin fəaliyyətinin qarşılıqlı bərpası və Yəmən böhranı haqqında müzakirə aparılacaq.

Qeyd edək ki, İran və Səudiyyə Ərəbistan uzun aylardır İraqın vasitəçiliyi ilə əlaqələrin normallaşdırılması ilə bağlı müzakirə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR