İran və Səudiyyə Ərəbistanı XİN başçıları görüşəcək

İran və Səudiyyə Ərəbistanı XİN başçıları görüşəcək
# 03 may 2022 18:56 (UTC +04:00)

İran və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri başçıları Bağdadda görüşəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, İran saytları Ramazan bayramı tətillərindən sonra İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiyanın Bağdadda Səudiyyəli həmkarı Feysəl bin Fərhanla görüşəcəyini bildirib. Məlumatı İranın Xarici İşlər Nazirliyindəki mənbə təsdiqləyib.

Qeyd edək ki, İran və Səudiyyə Ərəbistanı arasında indiyədək Bağdadda ekspertlər səviyyəsində 5 dövr danışıqlar aparılıb. İki ölkənin XİN başçısının görüşünün uzun müddətdir soyuq münasibətdə olan İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin yaxınlaşmasına zəmin yaradacağı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR