İran və Səudiyyə Ərəbistanı XİN rəhbərləri görüşüb

İran və Səudiyyə Ərəbistanı XİN rəhbərləri görüşüb
# 02 iyun 2023 18:50 (UTC +04:00)

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud arasında görüş olub.

APA xəbər verir ki, görüş Cənubi Afrika Respublikasının Keyptaun şəhərində BRİCS Xarici İşlər Nazirləri toplantısı çərçivəsində baş tutub.

Bu, iki ölkənin xarici işlər nazirlərinin son üç ayda Tehranla Ər-Riyad arasında 7 ildən sonra siyasi-diplomatik əlaqələrin bərpasına dair razılaşmadan sonra ikinci rəsmi görüşüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR