İran və Türkmənistan 20 illik strateji əməkdaşlıq üçün yol xəritəsi hazırlayacaq

İran və Türkmənistan 20 illik strateji əməkdaşlıq üçün yol xəritəsi hazırlayacaq
# 15 iyun 2022 12:00 (UTC +04:00)

İran və Türkmənistan arasında 9 əməkdaşlıq sazişi imzalanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, imzalanma mərasimi iki ölkənin prezidentlərinin iştirakı ilə Tehranda baş tutub. İmzalanmış sənədlər iki ölkə arasında nəqliyyat və tranzit sahəsində əməkdaşlığın inkişafı, elmi və mədəni əlaqələrin genişləndirilməsi, ətraf mühitin qorunması və digər sahələri əhatə edir.

İran prezidenti İbrahim Rəisi imzalanma mərasimindəki çıxışında bildirib ki, Xəzəryanı ölkələrlə əməkdaşlığı inkişaf etdirmək İranın xarici siyasətinin prioritetlərindəndir.

"İran və Türkmənistan arasında əlaqələrin inkişaf etdirilməsi regional və beynəlxalq əməkdaşlığa zəmin yaradacaq".

Rəisi deyib ki, iki ölkə 20 illik strateji əməkdaşlıq üçün yol xəritəsi hazırlanması barədə qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR