İran Xarici İşlər Nazirliyinə yeni sözçü təyin olunub

Səid Xətibzadə, Nasir Kənani

© APA | Səid Xətibzadə, Nasir Kənani

# 27 iyun 2022 11:44 (UTC +04:00)

İran Xarici İşlər Nazirliyinə yeni sözçü təyin olunub.

APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu vəzifəyə Nasir Kənani təyin edilib.

Xətibzadənin sözlərinə görə, Nasir Kənani gələn həftədən vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, Nasir Kənani bundan öncə İranın Misirdə mənafeyini qoruyan ofisin sədri vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR