İran Xəzər dənizinin səviyyəsinin azalmasından narahatdır

İran Xəzər dənizinin səviyyəsinin azalmasından narahatdır
# 26 yanvar 2023 16:12 (UTC +04:00)

Dəniz səviyyəsinə nəzarət stansiyalarının müşahidəsi əsasında son 15 ildə Xəzər dənizinin səviyyəsi 2 metrdən çox azalıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xəritəçəkmə təşkilatının rəhbəri Əli Cavidanə deyib.

Ə.Cavidanə bildirib ki, Xəzər dənizinin su səviyyəsinin əhəmiyyətli dərəcədə azalması mühüm məsələdir və daha çox diqqətə layiqdir.

Onun sözlərinə görə, 1995-ci ildə ən yüksək su səviyyəsinə çatdıqdan sonra Xəzər dənizinin su səviyyəsi qeyri-bərabər sürətlə azalır və bu azalmanın ən böyük miqdarı 2008-2015-ci illər arasında baş verib.

Xəzərin suyunun azalması ilə bağlı Ə.Cavidanə bildirib k, bu hadisə Volqa çayı da daxil olmaqla, mühüm şimal çaylarının axınının əhəmiyyətli dərəcədə azalması ilə üst-üstə düşür. "Təbii ki, son illərdə çay su ehtiyatlarının səmərəli dəyişməsi ilə yanaşı, havanın temperaturunun yüksəlməsi də dənizin suyunun azalmasına təsir edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR