İran XİN rəhbəri BƏƏ-yə səfər edəcək 

Hüseyn Əmir-Abdullahian

© APA | Hüseyn Əmir-Abdullahian

# 16 may 2022 11:27 (UTC +04:00)

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.

APA-nın Tehran bürosu xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib.

Səid Xətibzadə bildirib ki, səfər bu gün BƏƏ-nin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar baş tutacaq.

Onun sözlərinə görə, səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi haqqında müzakirələr aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR