İran XİN başçısı Küveyt, BƏƏ və Qətərli həmkarları ilə regional əlaqələrin inkişafından danışıb

İran XİN başçısı Küveyt, BƏƏ və Qətərli həmkarları ilə regional əlaqələrin inkişafından danışıb
# 26 iyul 2022 22:22 (UTC +04:00)

Qonşu ölkələrlə əlaqələrimizi inkişaf etdirəcək və əməkdaşlığımızı sürətləndirəcəyik.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian küveytli həmkarı ilə telefon danışığında deyib.

“Bu gün mən qardaşlarımla - Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və daha əvvəl İraqın xarici işlər nazirləri ilə telefon danışığı apardım”-deyə H. Əmir Abdullahian bildirib.

O qeyd edib ki, telefon danışığında regional və beynəlxalq məsələlər üzrə məsləhətləşmələr və əlaqələrin inkişafı üçün həll yolları nəzərdən keçirilib.

“Bu qonşuluq siyasətinin tələbidir. Qonşu ölkələrlə əlaqələrimizi inkişaf etdirəcək və əməkdaşlığımızı sürətləndirəcəyik”, - deyə nazir bildirib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib ki, heç bir dövlət bu üç ölkə arasındakı regional əməkdaşlıq prosesinin qarşısını ala bilməz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR