İran yeni peyk daşıyıcısını sınaqdan keçirəcək

İran yeni peyk daşıyıcısını sınaqdan keçirəcək
# 10 avqust 2022 11:20 (UTC +04:00)

Yaxın günlərdə İran yeni peyk daşıyıcısını sınaqdan keçirəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın rabitə və informasiya texnologiyaları naziri İsa Zarepur deyib.

O bildirib ki, İran Rusiya ilə "Xəyyam" peykinin birgə istehsal xəttini işə salacaq. "Xəyyam peykinin ikinci, üçüncü və dördüncü variantını birgə istehsal edəcəyik”, - nazir deyib.

O qeyd edib ki, yaxın iki-üç həftə ərzində 100 kiloqram çəkisi olan peyki orbitə çıxara biləcək yeni peyk daşıyıcısı sınaqdan keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR