İranda 1500-dən çox məhbus əfv edilib

Seyid Əli Xamenei

© APA | Seyid Əli Xamenei

# 30 aprel 2022 17:54 (UTC +04:00)

İranın Ali Rəhbəri Seyid Əli Xamenei Ramazan bayramı münasibətilə 1542 məhbusun əfv olunması barədə fərman imzalayıb.

APA-nın Tehran bürosu xəbər verir ki, əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.

İranın Məhkəmə Sisteminin rəhbəri Qulamhüseyn Möhsini Əjeyi Ramazan bayramı ilə əlaqədar Xameneiyə məktubla müraciət edib. Məktubda 1542 məhbusun əfv edilməsi, cəzalarının yüngülləşdirilməsi və ya azaldılması xahiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR