İranda 4,9 bal gücündə zəlzələ baş verib

İranda 4,9 bal gücündə zəlzələ baş verib
# 26 mart 2023 01:47 (UTC +04:00)

Şənbə günü İranın qərbində, İraqla sərhəddə 4,9 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə APA Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Təbii fəlakətin episentri təxminən 46 min nəfər əhalisi olan Dehloran şəhərindən 47 km cənub-şərqdə, 40 km dərinlikdə yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR