İranda zəncirvarı qəza baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, qəza Behbahan-Ramhormuz magistral yolunda baş verib.
Hadisə zamanı 50 avtomobil toqquşub, 4 avtomobil yanıb.
Qəzaya yolun dumanlı olması səbəb olub.
İlkin məlumata görə, qəzada 4 nəfər ölüb, çox sayda yaralı var.
Ölənlərin sayının artacağı ehtimal olunur.