İranda avtobus aşıb, 22 nəfər yaralanıb

İranda avtobus aşıb, 22 nəfər yaralanıb
# 26 iyul 2022 10:50 (UTC +04:00)

İranın Yəzd şəhərinin Əbərkoh bölgəsində avtobusun aşması nəticəsində 22 nəfər yaralanıb.

APA-nın Tehran bürosu xəbər verir ki, bu gün yerli vaxtla səhər saat 04:51-də Yəzd-Əbərkoh-Carkoyieh qovşağında sərnişin avtobusunun aşması ilə bağlı əyalətin Qızıl Aypara Əməliyyatlarına Nəzarət və Koordinasiya Mərkəzinə məlumat verilib.

Hadisə nəticəsində 22 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR