İranda avtobus aşıb, 3 nəfər ölüb, 10 nəfər xəsarət alıb

İranda avtobus aşıb, 3 nəfər ölüb, 10 nəfər xəsarət alıb
# 09 yanvar 2023 10:05 (UTC +04:00)

İranda sərnişin avtobusu aşıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, hadisə Ərdəbil əyalətində baş verib.

Ərdəbildən Kövsər bölgəsinə gedən sərnişin avtobusunun aşması nəticəsində 3 nəfər ölüb.

İranın Qırmızı Aypara Cəmiyyətinin məlumatına görə, qəza nəticəsində 10 nəfər ağır xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR