İranda binanın çökməsi nəticəsində ölənlərin sayı 10-a çatıb - YENİLƏNİB-2 - VİDEO

İranda binanın çökməsi nəticəsində ölənlərin sayı 10-a çatıb - YENİLƏNİB-2   - VİDEO
# 24 may 2022 11:32 (UTC +04:00)

İranda binanın çökməsi nəticəsində ölənlərin sayı artır.

APA İRNA-ya istinadən xəbər verir ki, ölənlərin sayı 10-a çatıb, daha 39 nəfər yaralanıb.

O da bildirilir ki, hadisə ilə bağlı 10 nəfər saxlanılıb.

Qeyd edək ki, mayın 23-də Xuzestan əyalətinin Abadan şəhərində tikilməkdə olan 10 mərtəbəli ticarət mərkəzinin binasının bir hissəsi çöküb.

***

23 may saat 20.18

İranın Abadan şəhərində 10 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə, indiyədək 29 nəfərin yaralandığı təsdiqlənib.

Yaralılar xəstəxanaya çatdırılıb.

Qeyd olunur ki, dağıntılar altında 80 nəfərin qaldığı təxmin edilir.

Axtarışlar davam etdirilir.

***

Saat 15:57

***

İranın Xuzistan əyalətinin Abadan şəhərində on mərtəbəli binanın çökməsi nəticəsində ölən və xəsarət alanların sayı artıb.

APA “Tasnim”ə istinadən xəbər verir ki, ölənlərin sayı 3 nəfərə çatıb, 24 nəfər isə xəsarət alıb.

***

14:28

İranın Xuzistan əyalətinin Abadan şəhərində on mərtəbəli bina çöküb.

APA “Tasnim”ə istinadən xəbər verir ki, hadisə zamanı 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Çökən binanın ətrafındakı ərazilərdən sakinlərin təxliyəsi aparılır.

Vilayət qubernatoru ölən və yaralananların sayının daha çox ola biləcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR