İranda çökən binanın sahibinin qardaşı öldürülüb

İranda çökən binanın sahibinin qardaşı öldürülüb
# 23 iyul 2022 19:09 (UTC +04:00)

İran mediası Abadan şəhərində çökmüş Metropol binasının sahibinin qardaşı Məcid Əbdül Baqinin həyatına sui-qəsd edildiyini və onun bu atışma zamanı öldüyünü açıqlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İslam Respublikasının rəsmi xəbər agentliyi olan İRNA Naft Abadan xəstəxanasının rəhbərinə istinadən yazıb ki, Məcid Əbdül Baqinin həyatını xilas etmək üçün aparılan tibbi tədbirlər nəticəsiz qalıb.

Mehr Xəbər Agentliyinin məlumatına görə isə, Məcid Əbdül Baqiyə atəş açan şəxslərin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.

Qeyd edək ki, 2 ay öncə İranın Abadan şəhərində 10 mərtəbəli ticarət mərkəzinin çökməsi nəticəsində 42 nəfər ölüb.

Xatırladaq ki, binanın çökməsi ilə əlaqədar 8 nəfər saxlanılıb. Binanın sahibi isə binanın çökməsi zamanı həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR