İranda daha 11 nəfər koronavirusdan ölüb

İranda daha 11 nəfər koronavirusdan ölüb
# 30 aprel 2022 14:35 (UTC +04:00)

İranda ötən sutka ərzində 11 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasından ölüb.

APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla İranda koronavirusdan ölənlərin sayı 141 083 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 532 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7 221 653 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR