İranda daha 17 nəfər koronavirusdan ölüb

İranda daha 17 nəfər koronavirusdan ölüb
# 28 aprel 2022 14:19 (UTC +04:00)

İranda ötən sutka ərzində 17 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 141 058 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 1 114 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7 220 402 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR