İranda daha 24 nəfər koronavirusdan ölüb

İranda daha 24 nəfər koronavirusdan ölüb
# 14 yanvar 2022 14:34 (UTC +04:00)

İranda ötən sutka ərzində 24 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bildirib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 132 026 nəfərə yüksəlib. İranda son 24 saat ərzində 2539 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6217320 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR