İranda daha bir etirazçının edam hökmünün icrası dayandırılıb

İranda daha bir etirazçının edam hökmünün icrası dayandırılıb
# 11 yanvar 2023 17:37 (UTC +04:00)

İranda etirazlar zamanı həbs edilərək edama məhkum olan Məhəmməd Bruğninin edam hökmünün icrası dayandırılıb.

APA-nın Tehran bürosunun məlumatına görə, buna səbəb məhkumun vəkilinin Ali Məhkəməyə edam hökmündən verdiyi şikayət olub.

İran Ali Məhkəməsi elan edib ki, edam hökmünün icrası Ali Məhkəmədə işə yenidən baxılanadək təxirə salınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR