İranda daha bir güclü zəlzələ baş verib - YENİLƏNİB

İranda daha bir güclü zəlzələ baş verib - YENİLƏNİB
# 25 iyun 2022 08:11 (UTC +04:00)

İranda daha bir zəlzələ qeydə alınıb.

APA-nın Tehran bürosunun məlumatına görə,zəlzələnin gücü Hörmüzqan əyalətində 5.6 bal gücündə olub.

Yeraltı təkanlar Hörmüzqan əyalətinin Bəndər Çark bölgəsində yerin 22 kilometr dərinliyində qeydə alınıb.

Hələlik dağınıtılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Qeyd edək ki, artıq iki həftədən çoxdur ki, Hörmüzqan əyalətində davamlı zəlzələlər qeydə alınır.

Hadisə nəticəsində evlərə ziyan dəydiyi bildiilir.

***

Saat 08:11

İranın cənubunda 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 20 900 nəfər əhalisi olan Kiş şəhərindən 32 km şimal-şərqdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR