İranda daşla 2 nəfəri öldürən və 6 nəfəri yaralayan şübhəli şəxs həbs edilib 

İranda daşla 2 nəfəri öldürən və 6 nəfəri yaralayan şübhəli şəxs həbs edilib 
# 13 yanvar 2022 23:14 (UTC +04:00)

İranda ötən ay ərzində Tehran şəhər magistral yollarında avtomobillərə daş atan şübhəli şəxs həbs edilib.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisənin araşdırılması üçün 50 əməliyyatçı cəlb edilib.

Polis şübhəlinin yollarda quraşdırılmış müşahidə kameralarındakı qeydlər vasitəsilə müəyyənləşdirib.

Bildirilib ki, saxlanılan şəxs Tehran şəhər yollarında daş atmaqla 2 nəfərin ölümünə, 6 nəfərin yaralanmasına və 8 avtomobilin ziyan görməsinə səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR