İranda daşqın nəticəsində ölənlərin sayı 69-a çatıb - YENİLƏNİB - VİDEO

İranda daşqın nəticəsində ölənlərin sayı 69-a çatıb - YENİLƏNİB  - VİDEO
# 31 iyul 2022 13:19 (UTC +04:00)

İranda son sel daşqınlarında ölənlərin sayı 69 nəfərə çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Böhran Vəziyyətlərində İdarəetmə Təşkilatının Texniki məsələlər üzrə sədr müavini Nəcad Cahani deyib.

O bildirib ki, son 9 gündə ölkədə baş verən son daşqınlarda həyatını itirən 69 nəfərdən 6-sı İraq, itkin düşən 45 nəfərdən 3-ü isə İraq vətəndaşıdır. Daşqınlarda 39 nəfər xəsarət alıb, onlardan 3-ü İraq vətəndaşıdır.

Ölkənin 24 əyaləti daşqınlardan zərər çəkib. Bu sel daşqında ən çox insan tələfatı Tehran əyalətində qeydə alınıb. Kerman, Yəzd, Mazandaran, Mərkəzi, Sistan və Bəlucistan və Luristan əyalətləri də daşqından ciddi zərər çəkib.

Ümumilikdə, daşqın nəticəsində 20 min yaşayış evinə ziyan dəyib.

***

30 iyul saat 20.45

İranda baş verən daşqında bir həftə ərzində ümumilikdəı 61 nəfər ölüb.

APA xəbər verir ki, bunu İran Qızıl Aypara Cəmiyyətinin Fövqəladə Əməliyyatlar İdarəsinin rəhbəri Mehdi Vəlipur deyib.

Onun sözlərinə görə, 32 nəfər itkin düşüb.

Daha əvvəl 56 nəfərin öldüyü barədə məlumat yayılmışdı.

Təbii fəlakət 18 vilayətə zərər vurub.

Meteoroloqlar bazar ertəsinə qədər dağlarda və çay sahillərində gəzintidən çəkinməyə çağırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR