İranda daşqın olub, 8 nəfər ölüb

İranda daşqın olub, 8 nəfər ölüb
# 08 iyun 2023 21:40 (UTC +04:00)

İranda daşqın nəticəsində ölənlər var.

APA xəbər verir ki, təbiət hadisəsi nəticəsində Ərdəstanda 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

İsfahanda 4, Əhərdə 1 nəfər həyatını itirib.

Daşqın nəticəsində ümumilkdə 8 nəfər ölüb.

Tehranda isə fırtına bir sıra fəsadlar törədib. Güclü külək reklam lövhələrini, ağacları aşırıb.

Kərəc-Çaluc yolunda nəqliyyatın hərəkəti dayanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR