İranda deputatları daşıyan helikopter təcili eniş edib

İranda deputatları daşıyan helikopter təcili eniş edib
# 09 sentyabr 2022 09:59 (UTC +04:00)

İranda deputatları daşıyan helikopter təcili eniş edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu gün İranın şimal-şərqindəki sərhəd məntəqələrinə səfər edən ölkə parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvlərini daşıyan helikopter texniki nasazlıq səbəbindən təcili eniş edib.

Helikopter İran və Türkmənistan sərhədində Rəzəvi Xorasan əyalətinin Dərgəz bölgəsinə təcili eniş edib.

Deputatların xəsarət almadığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR