İranda əcnəbilər daxili uçuşlarda biletin pulunu xarici valyuta ilə ödəyəcək

İranda əcnəbilər daxili uçuşlarda biletin pulunu xarici valyuta ilə ödəyəcək
# 25 iyun 2022 16:52 (UTC +04:00)

İranda xarici vətəndaşlar daxili uçuşlarda biletin pulunu xarici valyuta ilə ödəyəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Aviasiya şirkətlər birliyi məlumat verib.

Məlumata əsasən, İranın aviasiya şirkətləri xarici vətəndaşlardan İran daxili uçuşları üçün biletin qiymətini 1 saatdan az uçuşlar üçün 100 dollar, 1 saatdan çox uçuşlar üçün isə 150 dollar müəyyənləşdirib.

Qərar bu gündən icra olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR