İranda Əfqanıstan vətəndaşı 10 nəfəri öldürüb

İranda Əfqanıstan vətəndaşı 10 nəfəri öldürüb
# 08 avqust 2022 01:56 (UTC +04:00)

İranın Rəfsəncan şəhərində Əfqanıstan vətəndaşı bıçaq və xəncərlə 10 nəfəri öldürüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə Rəfsəncan qubernatoru Hüseyn Rezai deyib.

Hadisə Rəfsəncanın Behraman Nuq bölgəsində yerləşən əkin sahəsində baş verib.

Hücum zamanı 6 İran və 4 Əfqanıstan vətəndaşı həlak olub, bir neçə nəfər yaralanıb.

Qubernatorun sözlərinə görə, hadisəni törədən şəxs artıq həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR